Qlobal bazarlar Trampın qələbəsi ilə çalxalanır

Qlobal bazarlar Trampın qələbəsi ilə çalxalanır
11:03 9 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

İnvestorlar Donald Trampın prezident seçkisində qələbəyə olduqca yaxınlaşmasının ardından mövqelərini dəyişirlər. İnvestorlar riskli aktivləri satıb, qızıl və istiqrazlar kimi etibarlı aktivlər alırlar.

Publika.az xəbər verir ki, Standard & Poor’s 500 (S&P 500) indeksi Nyu-york vaxtı ilə 23:53-də 2028.50 bəndə düşüb. Müqavilələrin əvvəlki seansın son 30 saniyəsində hesablanan istinad qiymətdən 5 faiz düşməsi halında tətbiq olunan əməliyyat dayandırma proseduru bu gün də həyata keçirilib. Bu dayandırma kontraktın bu seansda artıq bu səviyyədən daha aşağı düşməyəcəyi mənasına gəlir.

Bütün dünyada səhmlər də Trumpın qələbəyə olduqca yaxınlaşması ilə sərt düşüb. Dollar və neft kəskin ucuzlaşıb, qızıl isə bahalaşıb.

Avro dollar qarşısında 2,44%-dən çox qalxaraq 1.1295 səviyyəsinə çatıb (dollar ucuzlaşıb). Brent nefti isə 3.6% ucuzlaşaraq 44,49 dollara, Teksas nefti isə 3,7% ucuzlaşaraq 43,30 dollara düşüb.

Qızıl isə 4,4% bahalaşaraq 1333 dollara qalxıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/175275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR