Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzərdə itkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olundu

Xəzərdə itkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olundu

Date: 9 November 2016 11:08

“Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir”.

“BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının verdiyi açıqlamaya görə, dünən axşama olan məlumata əsasən axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.

“İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayır”, - deyə T.Bayatlı əlavə edib.

Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.(apa)


Tags:  Xəzərdə itkin düşən neftçinin axtarışına helikopter gəmi cəlb olundu

RƏYLƏR


Top news