Xəzərdə itkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olunub

Xəzərdə itkin düşən neftçinin axtarışına 2 helikopter, 3 gəmi cəlb olunub
11:12 9 Noyabr 2016
148 Ölkə
Ölkə mətbuatı
A- A+

"Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir".

Milli.Az bildirir ki, "BP-Azərbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının APA-ya verdiyi açıqlamaya görə, dünən axşama olan məlumata əsasən, axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.
 
"İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayırlar", - deyə T.Bayatlı əlavə edib.
 
Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR