Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da seçki faciəsi: 1 ölü, 2 yaralı - FOTO

ABŞ-da seçki faciəsi: 1 ölü, 2 yaralı - FOTO

Date: 9 November 2016 11:22

ABŞ-ın Kaliforniya ştatındakı Aruza şəhərində səsvermə məntəqəsi yaxınlığında silahlı hücum olub. İlkin məlumatlarda ən azı bir nəfərin həlak olduğu, 3 nəfərin isə ağır yaralandığı bildirilir.

Milli.Az "Voice of America"ya istinadən bildirir ki, hadisə Los-Anceles şəhərindən 40 kilometr şərqdə Azusa şəhərində baş verib. Günorta saatlarında qeydə alınan silahlı hücum həyata keçirilən zaman insanlar səs vermək üçün seçki məntəqəsinə üz tuturdular.

Los-Anceles Şəhər Polis Departamentinin rəisi Ceff Skroqqin polislərin naməlum silahlı şəxsin axtarışlarına başladıqlarını bildirib.

Rəsmilər ərazidəki insanlardan olduqları yeri tərk etməməyi tələb ediblər. Memorial Park və  Dalton Elementary School-dakı seçki məntəqələri bağlanıb.

Slauson Middle School və Mountain View Elementary School-dakı müəllimlərlə şagirdlər isə təxliyə olunublar.

Milli.Az













Tags:  ABŞ-da seçki faciəsi ölü yaralı FOTO

RƏYLƏR


Top news