Bit bazarından aldığı şifonerdən sərvət çıxdı - FOTO

Bit bazarından aldığı şifonerdən sərvət çıxdı - FOTO
11:27 9 Noyabr 2016
276 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı Emil Knodell köhnə əşyalar satılan bazarlardan ucuz əşyalar almaq həvəskarıdır.

Milli.Az publika.az-a istinadən bildirir ki, 67 yaşlı amerikalı Texasın Bellvill qəsəbəsində köhnə əşyalar satılan bit bazarı açıldığını eşidib, oraya yollanır.

Qoz ağacından hazırlanmış 125 illik şifoner onun diqqətini cəlb edir. Şifoneri 100 dollara alan Emil əşyanı maşınına yükləyəndə içindən səs gəldiyini eşidir. Şifoneri diqqətlə yoxlayan Emil qədim əşyanın gizlin çəkməcəsi olduğunu aşkarlayır.

Çəkməcəni açan zaman gözlərinə inanmır. Ehtiyac üzündən satılan əşyanın içində, demə, bir sərvət varmış. Emil şifonerin gizli gözündə ləl-cəvahirat, qızıl zinət əşyaları, almazlar, əntiq sikkələr, medalyonlar tapır. O, bütün əşyaları satıcıya qaytarır.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR