Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Klinton məğlubiyyətini etiraf etdi

Klinton məğlubiyyətini etiraf etdi

Date: 9 November 2016 11:57

ABŞ prezidentliyinə namizəd Hillari Klinton rəqibinə, Respublikaçılar Partiyasından olan namizəd Donald Trampa zəng vuraraq onu təbrik edib.

Milli.Az CBS-ə istinadən bildirir ki, H.Klintonun seçki qərargahı bu zənglə bağlı təfərrüatları açıqlamaq istəməyib.

The New York Times-ın son məlumatlarına görə, Donald Tramp 279 seçici səsi alıb. Qələbə üçün 270 səs yetərli idi.

Seçicilərin formal səsvermə proseduru dekabrın 19-da olacaq. Gələn ilin yanvarın 6-da Konqres sonucları təsdiqləyəcək.

Donald Trampın inauqurasiya mərasimi gələn ilin yanvarın 20-də olacaq.

Milli.Az


Tags:  Klinton məğlubiyyətini etiraf etdi

RƏYLƏR


Top news