Trampın qələbəsini hələ 16 il əvvəl demişdilər - VİDEO

Trampın qələbəsini hələ 16 il əvvəl demişdilər - VİDEO
11:58 9 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur "Simpsons" multiplikasiya serialında 2000-ci ildəki seriyalardan birində milyarder Donald Trampa çox bənzəyən personaj göstərilmişdi. Həmin personaj ABŞ prezidentliyinə namizəd idi.

Milli.Az gordonua-ya istinadən bildirir ki, indi həmin öncəgörmə tam reallaşıb.

"Simpons" serialının həmin seriyasını Facebook-dakı "Awareness Act" səhifəsi paylaşıb.

Videoda ekskalatorda duran və Trampa bənzəyən şəxs ilə Donald Trampın təbliğat görüşlərindən birindəki kadrlar göstərilir.

Multiplikasiya qəhrəmanı Tramp və real Tramp eyni hərəkətləri edirlər.

Real həyatda da mənzərə təkrarlanıb: multfilmdə namizədi dəstəkləyən şəxslərdən birinin əlindən vərəq düşür, real görüşdə də belə olub.

Həmin səhnə "Simpsons" serialının "Trumptastic Voyage" seriyasında idi.

2000-ci ilin martın 19-da nümayiş olunmuş "Bart to the Future" seriyasında isə Donald Trampla Bartın bacısı Liza arasında seçki mübarizəsi göstərilir. Mübarizədə Liza qalib gələrək ABŞ prezidenti seçilir.

Seriyanın müəllifi Den Qrin "Hollywood Reporter"a verdiyi açıqlamasında deyib: "O seriyalar ağlını itirən, sərsəmləşən ABŞ-a xəbərdarlıq idi".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR