Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

"ABŞ-ı yenidən quracağam" - Yeni prezident

"ABŞ-ı yenidən quracağam" - Yeni prezident

Date: 9 November 2016 12:09

"Bütün amerikalıların prezidenti olacağam".


APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp seçkinin nəticələrinin elan olunmasından sonra çıxışında deyib. 
 
O, Demokratlar Partiyasının namizədi Hillari Klintonun ona zəng edərək qələbə münasibətilə təbrik etdiyini bildirib. 
 
Qələbəsində payı olan hər kəsə minnətdarlığını çatdıran D. Tramp birlikdə çalışaraq ABŞ-ı yenidən quracaqlarını vurğulayıb. 
 
"ABŞ-ın maraqları əsas olsa da, hamiya qarşı ədalətli davranmağa çalışacaq, düşmənlik, müharibə deyil, dostluq axtaracaq, bizimlə yaxşı münasibətlər qurmaq istəyən ölkələrlə biz də yaxşı münasibətlər quracağıq". 


Tags:  ABŞ-ı yenidən quracağam Yeni prezident


RƏYLƏR


Top news