ABŞ səfiri: "Yeni administrasiyanın siyasətinin necə olacağını indidən deyə bilmərəm"

ABŞ səfiri: "Yeni administrasiyanın siyasətinin necə olacağını indidən deyə bilmərəm"
12:12 9 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ-da yeni prezident seçiləndən sonra bugünkü tarixdən gələn il yanvarın 20-dək bir administrasiyanın digərinə keçməsi, yəni təhvil verilməsi prosesi gedəcək. Ona görə də yeni administrasiyanın siyasətinin necə olacağı barədə indidən bir fikir deyə bilmərəm".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda jurnalistlərin Respublikaçılar Partiyasından ABŞ prezidenti seçkilərinə namizəd kimi qatılan Donald Trampın prezident seçiləcəyi təqdirdə Cənubi Qafqazla bağlı siyasi xəttinin necə olacağı ilə bağlı sualına cavab verərkən bildirib.

R.Sekuta deyib ki, prezident Barak Obama yanvarın 20-dək səlahiyyətlərini yerinə yetirməyə davam edəcək:

"Digər namizəd Hillari Klintonun nümayəndəsinin öz seçicilərinə "evə gedin" deməsini Trampın qalib gəlməsi kimi qəbul etmək olarmı?" sualına da cavab verən səfir qeyd edib ki, seçki prosesi hələ yekunlaşmayıb. Səslərin sayılmasının hazırda davam etdiyini deyən R.Sekuta bildirib ki, hər bir səs önəmlidir:

"Bizim seçkı sistemimizin formatına əsasən, məğlub olan qalib gələn namizədə zəng edərək onu seçilməsi münasibətilə təbrik edir. Biz isə bunun şahidi olmamışıq. Bu baş versə belə, həmin seçilmiş şəxs öz səlahiyyətlərinin icrasına yanvarın 20-dən başlayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR