Batut və tamblinq üzrə Bakı çempionatı və XIV Azərbaycan birinciliyinin qalibləri mükafatlandırılıblar - FOTO

Batut və tamblinq üzrə Bakı çempionatı və XIV Azərbaycan birinciliyinin qalibləri mükafatlandırılıblar - FOTO
12:12 9 Noyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Batut və tamblinq üzrə Bakı çempionatı və XIV Azərbaycan birinciliyi başa çatıb. 30-dan artıq gimnastın iştirakı ilə Milli Gimnastika Arenasında keçirilən turnirdə "Ocaq Sport" Gimnastika Məktəbi və Klubunu təmsil edən gimnastlar da iştirak ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, medal uğrunda mübarizədə batut gimnastikasında kiçik yaş qrupunda olanlar (2008-2010), uşaqlar (2006-2007), lap kiçik yaşlılar (2003-2005), böyüklər (1999-cu il və yuxarı təvəllüdlü), lap kiçik yaş kateqoruyasında 20-dən artıq idmançı (2007-ci il və aşağı təvəllüdlü), pre-yuniyorlar (2003-2006), yuniyorlar (2000-2002) və böyüklər (1999-cu il və yuxarı təvəllüdlü) olanlar iştirak ediblər.

Batut gimnastikasında böyüklər arasında 1-ci yeri Dmitri Fedorovski, 2-ci yeri Ruslan Ağamirov, 3-cü yeri Oleq Piunov tutublar.

Lap kiçik yaşlılar arasında 39,805 bal qazanan Riyad Abbasov təmsil olunmuşdu. "Kiçik"lər arasında Polad Xasbilatov 1-ci yeri, 2-ci yeri Riyad Qasımlı, 3-cü yeri isə Mahir Məmmədli qazanıb. 2006-2007-ci il təvəllüdlü idmançılar arasında Hüseyn Abbasov 1-ci yeri, Nicat Mirzoyev 2-ci yeri, Murad Əlizadə 3-cü yeri tutub.

"Kiçik" yaşlılar arasında sinxron yarışlarda 1-ci yeri Polad Xasbilatov, Əmmar Baxşəliyev, uşaqlar arasında Nicat Mirzoyev və Maksud Maksudov tutublar. 2-ci yeri İvan Şulikin və Urfan Əhmədli tutublar. Ruslan Ağamirov və Dmitri Fedorovski ümumilkdə 81.500 bal toplayıblar.

Kiçik yaşlılar arasında tamblinq üzrə yarışlarda 1-ci yeri Abbas Abbasov və Məmmədəli Camalov tutublar. Pre-yuniorlar kateqoriyasında Tofiq Əliyev qızıl medal qazanıb.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR