Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İnter"in yeni baş məşqçisi məlumdur

"İnter"in yeni baş məşqçisi məlumdur

Date: 9 November 2016 12:12

"İnter" yeni baş məşqçisinin adını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Stefano Pioli klubla 18 aylıq müqaviləyə imza atıb. Bu, "nerazzurri"nin "qızıl het-trik"lə yadda qaldığı 2010-cu ildən sonra sayca 9-cu baş məşqçisidir. 51 yaşlı mütəxəssisin "İnter"in baş məşqçisi kimi ilk sınağı noyabrın 20-də baş tutacaq Milan derbisidir. Pioli apreldə "Lazio" rəhbərliyi tərəfindən istefaya göndəriləndən sonra işsiz qalmışdı. O, karyerası ərzində 11 klubda çalışıb. 

Milli.Az


Tags:  İnterin yeni baş məşqçisi məlumdur

RƏYLƏR


Top news