Donald Tramp: "Bu, mənim yox, hamının qələbəsidir" - VİDEO - FOTO

Donald Tramp: "Bu, mənim yox, hamının qələbəsidir" - VİDEO - FOTO
12:12 9 Noyabr 2016
144 Dünya
Ölkə mətbuatı
A- A+

"Seçkilərdə qələbəm məni sevindirir. Təbii ki, sevinirəm. Lakin bu qələbə tək mənim yox, hamının, demokratik ruhlu, ABŞ-ın inkişafını, dövlətin və millətin güclənməsini istəyən hər kəsin uğurudur".

Milli.Az NBC News-a istinadən bildirir ki, Nyu-Yorkun Manhetten səmtindəki "Hilton" otelində çıxış edən Donald Tramp belə deyib.

Donald Tramp 279 seçici səsi alıb. Qələbə üçün 270 səs yetərli idi.

Seçicilərin formal səsvermə proseduru dekabrın 19-da olacaq. Gələn ilin yanvarın 6-da Konqres sonucları təsdiqləyəcək.

Donald Trampın inauqurasiya mərasimi gələn ilin yanvarın 20-də olacaq.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR