Bakıətrafı qəsəbələrin nəqliyyat problemi həll ediləcək

Bakıətrafı qəsəbələrin nəqliyyat problemi həll ediləcək
12:13 9 Noyabr 2016
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.

Publika.az xəbər verir ki, “Dəmiryolservis” MMC-nin direktoru Əli Əşrəf Lütəlibəyovun verdiyi məlumata görə, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.

Hazırda 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi bu dairəvi dəmir yolunun Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissəsinin təmirinə başlayıb.

Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/175286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR