Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Vasif Talıbovdan azərbaycanlı aparıcıya hədiyyə

Vasif Talıbovdan azərbaycanlı aparıcıya hədiyyə

Date: 9 November 2016 12:16

Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbov aparıcı Rahib Azəriyə hədiyyə verib. 

Axşam.az-ın məlumatına görə, aparıcı bu haqda "5/5" verilişində deyib. 

O bildirib ki, hədiyyə barədə ötən gün səhər xəbər alıb: 

"İyunun əvvəlində Naxçıvanda çəkiliş etdik. Ora ilə bağlı 5 hissədən ibarət veriliş hazırlamışdıq. Səhər Naxçıvanın daimi nümayəndəliyindən zəng etdilər ki, mükafatlandırılmısınız və məni ora çağırdılar. Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun şəxsi hədiyyəsini mənə təqdim etdilər".

R.Azəri aparıcının "Hədiyyə nə idi" sualına "Bu barədə tarix susur" deyərək, mükafatını gizli saxlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. R.Azəri "əməkdar mədəniyyət işçisi" adına layiq görülüb.


Tags:  Vasif Talıbovdan azərbaycanlı aparıcıya hədiyyə


RƏYLƏR


Top news