ABŞ-ın yeni prezidenti Tramp kimdir? - BİOQRAFİYA

ABŞ-ın yeni prezidenti Tramp kimdir? - BİOQRAFİYA
12:19 9 Noyabr 2016
5329 Digər
Ölkə mətbuatı
A- A+

 

ABŞ-da prezident seçkiləri gözlənilməz sonluqla yekunlaşıb. Lent.az-ın məlumatına görə, radikal çıxışları ilə yadda qalan, siyasətdən o qədər də yaxşı anlamayan milyarder Donald Tramp rəqibi Hillari Klintonu xeyli geridə qoyub və növbəti 4 il üçün dünyanın ən nəhəng ölkəsini idarə edəcək.

 

Donald Tramp prezidentlik kürsüsünədək necə irəliləyib və milyardları necə qazanıb?

 

D.Tramp 1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gəlib. Atası ev dəllalı olan Donald Tramp məktəb illərində heç də yaxşı şagird olmayıb, 1960-cı illərin əvvəlində liseydən qovulub. Daha sonra hərbi akademiyada oxuyub və 1968-ci ildə marketinqlə bağlı təhsil alıb.

 

İş həyatının ilk illərində D.Trampın bəxti gətirməyib. Təhsilini bitirdikdən sonra yaşayış evlərinin tikintisi ilə məşğul olan atasının yanında köməkçi olub.

 

D.Tramp ilk işinə böyük bir layihə ilə başlayıb. 1973-cü ildə Nyu-Yorkda 18 mərtəbəli, 290 mənzilli bir göydələn inşa etdirib.

 

"Big Deal" layihəsini 1975-ci ildə reallaşdırıb. 10 milyon dollara xaraba vəziyyətində olan “Commodore” otelini satın alıb və 80 milyon dollara başa gələn təmirdən sonra həmin oteli 5 il ərzində 1400-dən çox nömrəsi olan lüks bir otelə çevirib. 70-ci illərin ortalarında Nyu-York köhnə görkəmini sürətlə dəyişdiyi üçün şəhər bələdiyyəsi onun bu cəhdini müsbət qarşılayıb.

 

D.Trampın imza atdığı, şəhərin mənzərəsini dəyişdirən çoxlu sayda tikililərin siyahısına “Grand Hyatt” oteli də əlavə olunduqdan sonra, o qısa zamanda "Nyu-Yorku yeniləyən adam" kimi məşhurlaşıb.

 

1983-cü ildə D.Trampın reallaşdırdığı daha bir layihə - “Trump Towers” adlı lüks bina və əsasən varlılar üçün nəzərdə tutulmuş ticarət mərkəzi onun ən prestijli layihəsi olub. İllər sonra bu brend altında dünyanın əksər ölkələrində çoxmərtəbəli yaşayış və ofis binaları tikilib.

 

Növbəti iri layihələr 80-ci illərin sonunda reallaşıb. D.Tramp “Lufthansa” ilə birbaşa rəqabətə girərək 420 milyon dollara “Plaza” otelini satın alıb. Həmçinin öz hava yolları şirkətini qura bilmək məqsədiylə iflas etməkdə olan “Eastern Airlines” hava yollarının təyyarələrini - 37 ədəd “Boeing 727”-ni 350 milyon dollara satın alıb.

 

1990-cı ildə “Adantic City”də inşa etdirdiyi “Tac Mahal Otel-Kazino” ilə qumarxana işinə də girişib. Həmin vaxt 41 yaşındakı bu məşhur iş adamının sərvəti 4 milyard dollar civarında təxmin edilirdi.

 

Lakin bir il içində D.Trampın çöküşü başlayıb. "Forbes" jurnalı D.Trampın “təsəvvür edilə bilməyəcək həcmdə tikinti borclarından” bəhs edib. Tikinti kralı özünü çox çətinə salmışdı.

 

2005-ci ilin mayında onun biznesi "Tramp Əyləncə Şirkətləri Holding" olaraq yenidən yüksəlib. Hazırda dünyanın bir çox yerlərində “Trump Towers” otelləri, ofis binaları  fəaliyyət göstərir. Təsadüfi deyil ki, “Tramp evləri” Türkiyə də daxil olmaqla, əksər müsəlman ölkələrində mövcuddur.

 

Donald Trampın şəxsi həyatı...

 

D.Tramp alman əsilli, amerikalı iş adamı Fridrix Trampın nəvəsidir. Amerikalı iş adamı Fred Trampın 5 uşağından biridir. Mariana, Fridrix, Elizabet, Robert adında 4 bacı-qardaşı var.

 

Donald Tramp 3 dəfə evlənib və bu evliliklərdən 3 oğlu, 2 qızı var. 1977-ci ildə atlet İvana Zelnixova ilə evlənib və Donald Tramp, İvanka Tramp və Eric Tramp  adında 3 uşağı olub. 1991-ci ildə 16 illik həyat yoldaşından ayrılıb.

 

Boşandıqdan sonra 2 il televiziya aparıcısı Marla Mapleslə evli olub və cütlüyün Tiffani adında qızı doğulub. Cütlük 1996-ci ildə ayrılmaq qərarına gəlib. D.Tramp 2005-ci ildə dizayner və model olan Melani Knaus ilə evlənib. Bu evlilikdən 2006-ci ildə Barron Tramp adında bir oğlu dünyaya gəlib.

 

Donald Tramp seçki şüarı kimi “Make America Great Again” (Yenidən böyük Amerika yarat) şüarından istifadə edir. Oxşar şüarı 1980-ci ildə Ronald Reyqan da seçki kampaniyalarında istifadə etmişdi.

 

D.Tramp seçki vədlərini immiqrantlar, müsəlmanlar, təhlükəsizlik və İŞİD-lə mübarizə üzərində qurub. Onun ən populyar fikirlərindən biri də immiqrantların qarşısını almaq üçün ABŞ ilə Meksika sərhədinə bir divarın ucaldılmasıdır.

 

D.Trampın müsəlmanlarla bağlı fikirləri də ciddi reaksiyalar doğurub. Onun seçki kampaniyasındakı reklamlarında müsəlmanları hədəf alan ifadələr yer alıb. D.Trampın müsəlmanların müvəqqəti olaraq ABŞ-a girişinin qarşısının alınması ilə bağlı çıxışı da böyük reaksiya doğurub. 





OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

UEFA "Zirə"yə "yaşıl işıq yandırdı"

30 Mart 2017 11:07

Trampın doğulduğu ev rekord qiymətə satıldı

30 Mart 2017 11:06

Türkiyədə 2 terrorçu MƏHV EDİLDİ

30 Mart 2017 11:05

Millimiz rekordunu təkrarladı

30 Mart 2017 11:05

Rafiq Turabxanoğlu: “Rus kəşfiyyatı tərəfindən “verbovka” olunmaq üçün sino gedirdim” - MÜSAHİBƏ

30 Mart 2017 11:03

Fərda və Vəfa Zeynalovanın şıdırğı rəqsi rekord qırır

30 Mart 2017 11:01

Nazirlərin aprel ayı üçün QƏBUL CƏDVƏLİ

30 Mart 2017 10:59

Tillerson Ankaraya gəldi

30 Mart 2017 10:58

Millimizin ikinci sınağı

30 Mart 2017 10:57

Bu şəhərləri fəlakət gözləyir

30 Mart 2017 10:55

Metroda öpüşmək qadağandırmı? - RƏSMİ AÇIQLAMA

30 Mart 2017 10:54

Bakıda yüksək dozada narkotik qəbul edən 25 yaşlı qız öldü

30 Mart 2017 10:53

Novruz bayramı günü yoxa çıxan iş adamını qətlə yetiriblər - 160 minə görə - FOTO

30 Mart 2017 10:52

Bakirəliyini 2 milyon avroya satdı - FOTO

30 Mart 2017 10:49

Məşhur iş adamının xanımı möhtəşəm evini göstərdi - FOTOLAR

30 Mart 2017 10:48

"Respublika müşavirəsində İlham Əliyevin çıxışı pambıqçılığın inkişafına çox böyük təkan verəcək"

30 Mart 2017 10:47

Ozancan millimizi Türkiyə yığmasına dəyişə bilər

30 Mart 2017 10:47

Məktəbli qızlara təcavüz edən şəxsi döyüb, kameraya çəkdilər - FOTO

30 Mart 2017 10:42

"Qarabağ"ın stadionunda problem yarandı

30 Mart 2017 10:37

5 nəfərin öldürüldüyü evdən müəmmalı detallar: çoxlu duaqabları, qazılmış çuxur - FOTO

30 Mart 2017 10:37

Yatmaq istəyi, əzələ ağrıları...

30 Mart 2017 10:36

“Samsung” “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarını rəsmən təqdim etdi (FOTO, VİDEO)

30 Mart 2017 10:35

Paşa Qəlbinur: "Tələbəylə eşq macərası yaşamaq heç də ayıb bir şey deyil"

30 Mart 2017 10:33

Polislər qıza sataşıb qaçan şəxsi binanın damında tutdular - FOTO

30 Mart 2017 10:32

Azərbaycan neftiylə bağlı ŞAD XƏBƏR

30 Mart 2017 10:32

57 ölkəyə hələ də səfir təyin etməyib

30 Mart 2017 10:32

Kişilərin buna qadınlardan daha çox ehtiyacı var: əgər xanımlar bunu etməsə...

30 Mart 2017 10:28

İntim xidmət göstərənlər üçün avtomobil hazırlandı

30 Mart 2017 10:27

305 min manatlıq "maxinasiya" edən tikinti rəhbərinin işinə yenidən baxılacaq

30 Mart 2017 10:24

Azərbaycanla oyununu tənqid edən futbolçu əməliyyat olunacaq

30 Mart 2017 10:22

Pərvin Abıyeva məmur oğlu deyilən sevgilisindən danışdı - FOTOLAR

30 Mart 2017 10:18

Sabahdan cəbhədə ağır döyüşlər başlaya bilər

30 Mart 2017 10:18

Rusiya Qarabağı meydanın Moskvaya aid hissəsinə aparıb, Suriya kimi

30 Mart 2017 10:17

Azərbaycanda meyitdən orqan köçürülməsinə nə vaxt başlanacaq?

30 Mart 2017 10:14

“Şərq” bazarı söküləcək

30 Mart 2017 10:13

Qızıl ucuzlaşdı

30 Mart 2017 10:12

Azərbaycanlı müğənni bu gecə ölkəni qəfil tərk etdi

30 Mart 2017 10:11

Azərbaycanda "yol terroru" davam edir: 4 ölü, 13 yaralı

30 Mart 2017 10:09

APOKALİPSİS - İnternet sönərsə, nə baş verər? - ARAŞDIRMA

30 Mart 2017 10:08

52 yaşlı türk müğənnidən qalmaqallı pozalar - FOTO

30 Mart 2017 10:05

"Bozbash pictures"in Naxçıvan səfəri - FOTO

30 Mart 2017 10:05

8 məhkum edam ediləcək

30 Mart 2017 10:04

Bakının məşhur bazarı SÖKÜLƏCƏK

30 Mart 2017 09:57

Kişi atası ilə arvadını güllələdi və intihar etdi

30 Mart 2017 09:57

Serenay cazibədar ayaqlarını nümayiş etdirdi - FOTO

30 Mart 2017 09:57

Bakıda gənclərin metroda öpüşməsi Feysbukda gündəm oldu - QANUN NƏ DEYİR?

30 Mart 2017 09:53

AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat edib - FOTO

30 Mart 2017 09:52

Dünyanın ən təhlükəli dini sektaları - FOTO

30 Mart 2017 09:52

Nəsiman Yaqublu: "Mart soyqırımında ermənilər 30 minə yaxın azərbaycanlını qətlə yetiriblər"

30 Mart 2017 09:48

Bakıda polisin saxlamaq istədiyi gənc özünü doğradı - FOTO

30 Mart 2017 09:47