Hillari Klinton: "Ağlamayın, uduzduq!" - FOTO

Hillari Klinton: "Ağlamayın, uduzduq!" - FOTO
12:22 9 Noyabr 2016
148 Dünya
Ölkə mətbuatı
A- A+

"Tərəfdarlarım, məni dəstəkləyən, qələbəmə ümid edən insanların kədərləndiklərini görürəm. Ağlamayın, uduzduq. Lakin bu, demokratiyadır, seçkilərdir və mən ədalətli mübarizədə bir qədər geri qaldım. Cənab Trampı qələbə münasibətilə təbrik edirəm, ona uğurlar, ABŞ-ın və amerikalıların maraqları, mənafeləri naminə effektiv iş arzulayıram".

Milli.Az CBS-ə istinadən bildirir ki, ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampa məğlub olmuş Hillari Klinton belə deyib.

Klintonun seçki qərargahının rəhbəri Con Podesta da D.Trampın qələbəsini təsdiqləyib.

Donald Tramp isə Nyu-Yorkdakı "Hilton" otelində çıxışı zamanı H.Klintona minnətdarlıq edib: "Hamıya çox təşəkkür edirəm. Sizi gözlətdiyimə görə üzr istəyirəm. Bu çətin məsələlərdir.  Hillari çox çalışdı, uzun müddət çox çalışdı və bizim bu ölkəyə xidmətə görə ona təşəkkür borcumuz var. İndi amerikalıların yaralarını sarımaq vaxtıdır".

Donald Tramp 279 seçici səsi alıb. Qələbə üçün 270 səs yetərli idi.

Seçicilərin formal səsvermə proseduru dekabrın 19-da olacaq. Gələn ilin yanvarın 6-da Konqres sonucları təsdiqləyəcək.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR