Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Seçkilərdən sonra ABŞ-Azərbaycan əlaqələrində prioritet istiqamətlər açıqlandı

Seçkilərdən sonra ABŞ-Azərbaycan əlaqələrində prioritet istiqamətlər açıqlandı

Date: 9 November 2016 12:42

"Münasibətlərimizin kifayət qədər uzunmüddətli - 25 il olması öz-özlüyündə bir göstəricidir. Bu müddət ərzində təhlükəsizlik sahəsində əməkdaşlıq edilərək Azərbaycanın təhlükəsiz, sabit bir dövlət olmasına, iqtisadiyyatın neft və qaz sahəsinin inkişafına kömək göstərilib. Eyni zamanda, qanunun aliliyi, korrupsiya ilə mübarizə sahəsində insanların görmək, yaşamaq istədiyi bir şəraitin yaradılması istiqamətində də əməkdaşlıq etmişik".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Seçkilərdən sonra ABŞ-Azərbaycan əlaqələrində hansı istiqamətlərin prioritet olacağına münasibət bildirən səfir qeyd edib ki, ABŞ-a müxtəlif partiyalardan olan şəxslərin prezidentlik etdiyi dövrlərdə - istər Bill Klinton, istər Corc Buş, istərsə də Barak Obama administrasiyası dövründə Azərbaycan və ABŞ-ın yaxşı əlaqələri olub:

"Güman edirəm ki, təhlükəsizlik, iqtisadi, xüsusilə enerji sahəsində, o cümlədən demokratiya, qanunun aliliyi sahəsində indiyədək mövcud olan və rəhbər tutulan prinsiplər münasibətlərimizdə yenə də önəmli olacaq. Bununla belə, mən yeni administrasiyanın adından bir söz deyə, çıxış edə bilmərəm".

Milli.Az


Tags:  Seçkilərdən sonra ABŞ-Azərbaycan əlaqələrində prioritet istiqamətlər açıqlandı

RƏYLƏR


Top news