Azərbaycan bayrağı ilə helikopterdən tullandılar - FOTO

Azərbaycan bayrağı ilə helikopterdən tullandılar - FOTO
12:57 9 Noyabr 2016
151 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Dövlət Bayrağı Günü şərəfinə Red Bull Skydive Team və xüsusən Bakı sakinlərinə artıq "şəhər üzərindən uçan skaydayverlər" kimi tanış olan Marko Valtenşpil ilə Qeorq Letner bayraq ilə tullanış həyata keçirib Dövlət Bayrağı Meydanının sahəsinə endilər.

Azərbaycan Dövlət Bayrağı Meydanı 1 sentyabr 2010-cu ildə açılıb və dünyanın ən hündür bayraqlarından biri hesab edilir. Bayraq ağacının hündürlüyü 162 metr təşkil edir, bayrağın ümumi sahəsi isə 2450 metrdir.

Meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərir. Muzeydə Azərbaycanın ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların bərpa edilmiş bayraqları, Azərbaycanın Konstitusiyası, müxtəlif illərdə qəbul edilmiş gerblər və müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirən başqa atributlar da sərgilənirlər.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/487788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR