UNEC tələbləri ön cəbhədə əsgərlərlə birgə

UNEC tələbləri ön cəbhədə əsgərlərlə birgə
12:59 9 Noyabr 2016
108 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup əməkdaşı və Yaradıcılıq Mərkəzinin üzvləri Dövlət Bayrağı Günü münasibəti ilə  ön cəbhədə əsgər və zabitlərlə görüşüb. Horadiz və Xocavənddə keçirilən görüş Müdafiə Nazirliyinin Silahlı Qüvvələrdə “Bayrağım-varlığım, bəxtiyarlığım” adlı hərbi vətənpərvərlik həftəsinə həsr edilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC ilə yanaşı, rayon rəhbərliyi, ərazidə xidmət edən N saylı hərbi hissənin general, əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, aprel döyüşlərində şəhid olan əsgərlərin ailə üzvləri iştirak edib.

Dövlət himni səsləndirildikdən sonra əsgərlərə və UNEC tələbələrinə  Azərbaycanın tarixi bayraqları sərgisi nümayiş etdirilib.

Millət vəkili, UNEC-in kafedra müdiri, professor Xanhüseyn Kazımlı bildirib ki, hərbi vətənpərvərlik həftəsi gənc nəslin vətənə, torpağa olan bağlılığının və bayraq sevgisinin artırılmasına xidmət edir.

UNEC-in prorektoru, müharibə veteranı Mikayıl Zeynalov Azərbaycan bayrağının etibarlı əllərdə olduğunu, ordunun  bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu qeyd edib. Horadizin düşmən işğalından azad edilməsində keçirilən əməliyyatlarda fəal iştirak edən müharibə veteranı döyüş xatirələrini danışıb: “Azad etdiyimiz Horadiz torpağına üç rəngli bayrağımızı necə sancmağımızı bu gün burada bir daha fəxarətlə xatırladım”.

Yaradıcılıq Mərkəzinin üzvləri - İqbal Babayevin səsləndirdiyi “Bayrağım” şeiri, Aslan Əzimzadənin oxuduğu “Azərbaycanım” mahnısı və UNEC-in digər tələbələrinin hərbi vətənpərvərlik ruhunda ifaları iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.

UNEC tələbələrinin “Bayrağım-varlığım, bəxtiyarlığım” layihəsinə dəstəyi Müdafiə Nazirliyinin hərbçiləri, rayon rəhbərliyi tərəfindən xüsusi qeyd edilib. Hərbi vətənpərvərliyin təbliğində fəal iştiraklarına görə Yaradıcılıq Mərkəzinin üzvləri hərbi hissə komandirinin fəxri fərmanları ilə təltif edilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR