Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mixail Saakaşvilinin rəqibləri yenidən hərəkətə keçdi - FOTO

Mixail Saakaşvilinin rəqibləri yenidən hərəkətə keçdi - FOTO

Saakaşvilinin Ukraynada daha bir uğuru (28 Fevral 2017 19:32)
Saakaşvili Ukraynada hakim qarşısına çıxarıla bilər (23 Fevral 2017 14:23)

Tarix: 9 Noyabr 2016 13:03

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefası onun rəqiblərini yenidən hərəkətə keçirib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ali Radanın deputatı Dmitri Qolubovun anti-saakaşvili simvolunun olduğu təşviqat avtomobili yenidən şəhərdə görünməyə başlanıb. Odessada Saakaşvili əleyhinə piar aksiyaları ilə məşhur olan deputatın hərəkəti şəhər sakinlərini yenidən qıcıqlandırır. Daha əvvəl isə Qolubov və digər deputat Aleksey Qonçarenko Odessa vilayəti dövlət administrasiyasının qarşısında kabab bişirmiş və Mixail Saakaşvilinin istefasının şərəfinə spirtli içkilər içmişdilər.

Məşhur fotoqraf Kiril Baranovski onun pəncərələrinin altından hərəkət edən təşviqat avtomobilini götürməyi xahiş edib. Qolubov və Qonçarenkonun hərəkətinə jurnalist Mixail Beyzerman da qəzəblənib.

Gülxar



Teqlər:  Mixail Saakaşvilinin rəqibləri yenidən hərəkətə keçdi FOTO



RƏYLƏR


Top xəbərlər