Bakı sakini Hacıqabulda qəzaya düşüb, vəziyyəti ağırdır

Bakı sakini Hacıqabulda qəzaya düşüb, vəziyyəti ağırdır
13:05 9 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda "NAZ-Lifan" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padarçöl adlanan ərazisində baş verib.

Bakı şəhər sakini, 31 yaşlı Vahid Valeh oğlu Əhmədov idarə etdiyi "NAZ-lifan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və  Balakən rayonu Qazma kənd sakini, 1972-ci il təvəllüdlü Şahin Ziyadxan oğlu İbrahimovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub.
Hadisə zamanı ağır bədən xəsarətləri alan "NAZ-Lifan"nın sürücüsü V.Əhmədov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralı Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR