5 689 yeni iş yerinin yaradılacağı gözlənilir

5 689 yeni iş yerinin yaradılacağı gözlənilir
13:08 9 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 1815 layihənin icrası üçün 120 mln. 585,1 min manat məbləğində güzəştli kredit verilib.

Publika.az SKMF-a istinadən xəbər verir ki, hesabat dövründə 1768 layihənin reallaşması üçün ayrılan 16 mln. 671,6 min manat kiçik həcmli kreditləri, 21 layihənin icrasına verilən 5 mln. 735 min manat orta həcmli kreditləri, 26 layihənin həyata keçirilməsinə ayrılan 98 mln. 178,5 min manat isə böyük həcmli kreditləri əhatə edib.

Cari ilin III rübündə sahibkarlara ayrılan 19 mln. 269 min manat müxtəlif sənaye məhsullarının istehsalı və emalına (82 layihə), 17 mln. 838,5 min manat kənd təsərrüfatı məhsullarının emalına (11 layihə), 70 mln. 962,6 min manat kənd təsərrüfatı məhsullarının istehsalına (1718 layihə), 12 mln. 515 min manat isə xidmət (infrastruktur) sahələrinin inkişafına (4 layihə) yönəldilib.

Ümumiyyətlə, SKMF tərəfindən cari ilin yanvar-sentyabr aylarında layihələrin icrasına ayrılan güzəştli kreditlər hesabına 5 689 yeni iş yerinin yaradılacağı gözlənilir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/175293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR