77 yaşlı kişini maşın vurub

77 yaşlı kişini maşın vurub
13:17 9 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün saat 11:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində rayonun Potu kənd sakini, 1939-cu il təvəllüdlü Güləhməd Cavadov mağazadan çıxıb yolu keçərkən "VAZ 2107" markalı minik avtomobili onu vurub.
 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Güləhməd Cavadov Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR