"Dinamo Kyiv" və Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida 1 il müddətinə sürücülük hüququndan məhrum olunub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, noyabrın 4-ü yerli vaxtla saat 4:15-də xorvatiyalı futbolçunun "Mercedes-Benz" markalı avtomobili sərxoş halda idarə etdiyi məlum olub. Yoxlama nəticəsində onun qanındakı alkoqolun miqdarı normadan 1.5 dəfə çox olub. "Dinamo"nun 27 yaşlı kapitanı, həmçinin 10200 qriven cərimə ödəyib.
Milli.Az