Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ-ın birinci xanımı Melaniya Tramp kimdir? - təfərrüat+fotolar

ABŞ-ın birinci xanımı Melaniya Tramp kimdir? - təfərrüat+fotolar

Tramp həyat yoldaşından "ayrıldı" (27 Mart 2017 13:50)
Donald Trampla arvadının yataq sirri ORTAYA ÇIXDI (23 Mart 2017 20:28)
Prezident xanımının 10 min dollarlıq kostyumu - FOTO (02 Mart 2017 12:18)

Tarix: 9 Noyabr 2016 14:01

Mişel Obamadan sonra ABŞ-ın birinci xanımı Melaniya Tramp oldu.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçilib və onun həyat yoldaşı Melaniya Tramp da ölkənin birinci xanımı olub.

46 yaşlı Sloveniya gözəli daim həyat yoldaşını dəstəklədiyini və ona inandığını bildirib.

"Mən Trampa inanırdım. Mehribanlıq həmişə hər şey deyil. Mənim onu sevməyimə də səbəb budur", - deyə o qeyd edib.

Milaniya Knauss 1970-ci ildə Sloveniyada anadan olub. Model karyerasına 16 yaşında Milan və Parisdə keçirilən gözəllik yarışmalarına qatılmaqla başlayıb və tez bir zamanda uğur qazanıb.

1999-cu ildə "Allure" jurnalında işə başlayarkən Trampla tanış olur. Nyu-Yorkda model kimi fəaliyyətini davam etdirərkən isə onların münasibəti daha da yaxınlaşır.

2005-ci ildə Melaniya Knauss Donald Trampa ərə gedir. Onların möhtəşəm toyuna bir milyon dollar xərclənir.






Teqlər:  ABŞ-ın birinci xanımı Melaniya Tramp kimdir təfərrüatfotolar



RƏYLƏR


Top xəbərlər