Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə müxalif deputatı 15 ilə qədər cəza gözləyir

Türkiyədə müxalif deputatı 15 ilə qədər cəza gözləyir

Date: 9 November 2016 14:05

Türkiyənin Diyarbəkir vilayətinin məhkəməsində Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Fələknas Ucaya qarşı cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

Milli.Az bildirir ki, Trend bu barədə Türkiyənin SABAH qəzetinə istinadən xəbər verir.

Vilayət prokurorluğu tərəfindən açılmış cinayət işində deputat silahlı terror təşkilatına üzv olmaqda ittiham olunur.

Qəzetin yazdığına görə, millət vəkili 7.5 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, HDP-dən 12 millət vəkili həbs olunub.

Milli.Az


Tags:  Türkiyədə müxalif deputatı 15 cəza gözləyir

RƏYLƏR


Top news