Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Aydın Mirzəzadə: "ABŞ-ın Cənubi Qafqaz regionuna münasibətində bir sıra məqamlar dəyişəcək"

Aydın Mirzəzadə: "ABŞ-ın Cənubi Qafqaz regionuna münasibətində bir sıra məqamlar dəyişəcək"

Aydın Mirzəzadə: "Sürücülərə qarşı tələblər sərtləşdirilməlidir” (09 Mart 2017 14:58)
Yanvarda Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 5% artıb (20 Fevral 2017 11:32)
ATƏT-in yeni sədrinin Cənubi Qafqaza səfəri gözlənilir (09 Fevral 2017 16:52)

Tarix: 9 Noyabr 2016 14:05

"Azərbaycanla ABŞ münasibətlərinin təməli ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən qoyulub. Ona görə də hər iki ölkə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bir-biri ilə dost və əməkdaşlıq münasibətində qalacaqlar".

Milli.Az bildirir ki, bu fikirləri report-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, hər iki ölkə bir-birinə beynəlxalq aləmdə və birgə fəaliyyətdə lazımdır: "ABŞ dünyanın supergüclərindən biri olduğundan, dünya proseslərinə ciddi təsir etmək imkanları var. Azərbaycan Şərqdə demokratik inkişaf edən, öz daxili və xarici siyasətini özü müəyyənləşdirən və unikal müasir dövlət qura bilib".

A.Mirzəzadə qeyd edib ki, hər iki dövlət bir çox sahələrdə əməkdaşlıq edir: "ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçkiqabağı bəyanatlarında ölkənin xarici siyasətlərində bir sıra dəyişikliklərin olmasının vacibliyini vurğulamışdı. Düzdür, onun çıxışlarında Qafqaz və Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa mövqeyi bildirilməyib. Lakin hesab edirəm ki, ümumi dəyişikliklər paketində regiona münasibətdə bir sıra məqamlar dəyişəcək. Həmçinin, yeni prezidentin Azərbaycanla münasibətlərin ABŞ-ın maraqlarına cavab verdiyi qənaətinə gələcəyinə heç bir şübhəm yoxdur".
"Azərbaycan öz resursları hesabına güclü dövlət qurmaq modelini ortaya qoyub. Azərbaycan bir çox xalqların mədəniyyətlərini və dinlərini sərbəst inkişaf etdirə biləcəyi ölkədir. Bütün bu məsələlər Donaldın seçkiqabağı bəyanatlarında vaxtaşırı vurğulanırdı. Ümid edirəm ki, onun prezidentliyi dövründə hər iki ölkənin münasibətləri daha da güclənəcək", - deyə deputat vurğulayıb. 

Milli.Az


Teqlər:  Aydın Mirzəzadə ABŞ-ın Cənubi Qafqaz regionuna münasibətində sıra məqamlar dəyişəcək



RƏYLƏR


Top xəbərlər