Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: "ABŞ çətin mübarizə ilə öz seçimini etdi"

Deputat: "ABŞ çətin mübarizə ilə öz seçimini etdi"

Date: 9 November 2016 14:32

Amerika Birləşmiş Ştatları (ABŞ) çətin mübarizə ilə öz seçimini etdi.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Onun sözlərinə görə, ABŞ-da seçki prosesi çox çətin və gərgin keçib: "Amerika xalqını təbrik edirəm. Gərgin prosesdə Amerika xalqı seçimini etdi və biz bu seçimə hörmətlə yanaşırıq. Amerika elə bir dövlətdir ki, orada seçilən prezidentin dünyada gedən proseslərə - siyasi, iqtisadi, həmçinin hərbi münaqişələrin aradan qaldırılmasına təsiri var. Amerika ATƏT-in həmsədr dövlətlərindən biridir. İnanmaq istəyərdik ki, artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq. Bu məsələdə Azərbaycan sülh yolunu tutub və problemin sülh yolu ilə həllinə çalışır".

Millət vəkili bildirib ki, Amerikanın yeni seçilmiş prezidentinin bu məsələyə ciddi diqqət yetirməsinin vaxtıdır: "İnanmaq istəyirəm ki, Tramp qısa müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin məlum 4 qətnaməsi çərçivəsində həllinə səy göstərməyə çalışacaq. O, bununla uzunmüddətli bir münaqişənin həllinə nail olan siyasətçi kimi tarixə düşəcək".

Milli.Az


Tags:  Deputat ABŞ çətin mübarizə öz seçimini etdi

RƏYLƏR


Top news