Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zaxarovadan "DQR"in adını dəyişmək niyyətinə REAKSİYA

Zaxarovadan "DQR"in adını dəyişmək niyyətinə REAKSİYA

Date: 9 November 2016 15:12

Rusiya, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri, habelə Ermənistan da daxil olmaqla, digər ölkələr Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Hesab edirik ki, Dağlıq Qarabağın statusu danışıqlarda müəyyən olunmalıdır. Bununla əlaqədar hazırda onun yeni adlandırılmasının ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə təsir etməyəcək", - deyə M.Zaxarova Dağlıq Qarabağ separatçılarının qondarma qurumun adını dəyişdirmək niyyətinə münasibət bildirərkən söyləyib.

Rusiya XİN sözçüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin Hamburqda ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşündə müzakirə olunub-olunmayacağına da aydınlıq gətirib: "Həmsədrlikdə olan tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinə vasitəçilik yardımı göstərməkdə davam edirik, bu baxımdan noyabrın 10-da Vyanda ATƏT daimi şurasında, eləcə də Minsk qrupunun iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə baxılacaq. İnanırıq ki, bu iş ATƏTXİN başçılarının Hamburqda dekabrın 8-9-da keçirilək iclasında da davam etdiriləcək".

Milli.Az


Tags:  Zaxarovadan DQRin adını dəyişmək niyyətinə REAKSİYA

RƏYLƏR


Top news