Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya XİN: "Dağlıq Qarabağı dövlət kimi tanımırıq"

Rusiya XİN: "Dağlıq Qarabağı dövlət kimi tanımırıq"

Date: 9 November 2016 15:13

Rusiya, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri, habelə Ermənistan da daxil olmaqla, digər ölkələr Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Hesab edirik ki, Dağlıq Qarabağın statusu danışıqlarda müəyyən olunmalıdır. Bununla əlaqədar hazırda onun yeni adlandırılmasının ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə təsir etməyəcək", - deyə M. Zaxarova Dağlıq Qarabağ separatçılarının qondarma qurumun adını dəyişdirmək niyyətinə münasibət bildirərkən söyləyib.

Rusiya XİN sözçüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin Hamburqda ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşündə müzakirə olunub-olunmayacağına da aydınlıq gətirib: "Həmsədrlikdə olan tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinə bu vaxtadək razılaşdırılmış məsələlər əsasında vasitəçilik yardımı göstərməkdə davam edirik, bu baxımdan noyabrın 10-da Vyanda ATƏT daimi şurasında, eləcə də Minsk qrupunun iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə baxılacaq. İnanırıq ki, bu iş ATƏT XİN başçılarının Hamburqda dekabrın 8-9-da keçirilək iclasında da davam etdiriləcək". (apa)


Tags:  Rusiya XİN Dağlıq Qarabağı dövlət tanımırıq

RƏYLƏR


Top news