"Pley-off mərhələsinə yüksəlmək imkanımız var"

"Pley-off mərhələsinə yüksəlmək imkanımız var"
15:27 9 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Azarkeşlərin milliyə olan inamını biz də hiss edirik. Futbolçularda da özünə inam yüksək səviyyədədir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ruslan Abışov deyib.

Noyabrın 11-də yığmamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belfastda Şimali İrlandiyanın qonağı olacaq. Abışov bildirib ki, bu matçda əsas hədəfləri 1 xal qazanmaqdı: "Ən azından pley-off mərhələsinə yüksəlmək imkanımız var. Bizi çox çətin oyun gözləyir. Çünki Şimali İrlandiya komandası bizə qrup ikincisi kimi baxır və hazırlıqlarını da buna görə görür. Əsas məqsədimiz, Belfastdan ən azı 1 xalla qayıtmaqdı. Bundan sonra San-Marino, Çexiya və Şimali İrlandiya ilə doğma azarkeşlər önündə oyunlarımız olacaq. Bu oyunlarda qələbələr qazanıb istədiyimiz nəticəni əldə edə bilərik".
 
Onun sözlərinə görə, komandada əhval-ruhiyyə qaydasındadı: "Hamı həvəslə hazırlaşır. Baş məşqçi komandaya özünəinamı aşılaya bilib. İnanıram ki, bu oyunda hər şey milli komanda üçün yaxşı olacaq. Tək 11 nəfər yox, bütün komanda bu oyunda mübarizə aparmalıdı".
 
Abışov bildirib ki, özünü də Şimali İrlandiya ilə matça hazır sayır: "Ancaq düşünürəm ki, heyətdə dəyişiklik olmayacaq. Futbolda belə bir deyim var, "Uğurlu çıxış edən heyəti dəyişməzlər". Mən də bunu yaxşı başa düşürəm. Təbii ki, mənə şans verilsə, əlimdən gələn köməyi komandadan əsirgəməyəcəyəm".
 
O, şərəfini qoruduğu "İnter"in çempionluq imkanlarını da dəyərləndirib: "Mövsümə yaxşı başlamışdım. Ancaq bir müddət zədələndim. Zədədən sonra da bir az çətinliklər oldu. Yavaş-yavaş özümə gəlməyə çalışıram. Çoxları "Qəbələ" və "Qarabağ"ı çempionluq üçün aşkar favorit sayır. Bizim üçün çətin olacaq. Ancaq biz də sonadək mübarizə aparacağıq. Yaxşı kollektivə və baş məşqçiyə sahibik. Hara qədər gücümüz çatsa, ora qədər gedəcəyik. Təbii ki, əsas məqsədimiz, Avroliqaya vəsiqə qazanmaqdı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR