"Qarabağ münaqişəsi erməni xalqına faciə gətirib” - Suzanna Çaqinyan

"Qarabağ münaqişəsi erməni xalqına faciə gətirib” - Suzanna Çaqinyan
15:39 9 Noyabr 2016
156 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan rejiminə qarşı mübarizə aparan hər kəs təzyiqlərlə üz-üzə qalıb".

 
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan bildirib. 
 
 
O deyib ki, Sarkisyan rejimi münaqişənin həllində maraqlı deyil: "Serj Sarkisyana belə vəziyyət sərf edir. Dağlıq Qarabağ münaqişəsi erməni xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə faciə və göz yaşları gətirib, bundan başqa heç nə bəxş etməyib. Yalnız Serj Sarkisyan kimilər bundan istifadə edərək hakimiyyəti ələ keçiriblər".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR