Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni fəal: "Serj Sarkisyan işğalçıdır və xalqını soyur" - FOTO

Erməni fəal: "Serj Sarkisyan işğalçıdır və xalqını soyur" - FOTO

Date: 9 November 2016 15:47

Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermir.

Trend-in məlumatına görə, bu sözləri erməni jurnalist və ictimai xadim Süzan Caginyan deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistana ağrı-acıdan başqa heç nə vermir, buna görə də münaqişə tez bir zamanda həll olunmalıdır: "Münaqişə Ermənistan xalqına bu günədək davam edən bədbəxtlik və göz yaşı verib. Münaqişə yalnız ondan qazanc əldə edən işğalçılara sərf edir".

Ermənistan prezidenti Serj Sarkisyanı hakimiyyətə qətllər yolu ilə gələn işğalçı və öz xalqının soyğunçusu adlandıran S.Caginyan Bakıya səfərinin Ermənistan rəhbərliyinə bir zərbə olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan mətbuatında fikirləri dərc olunduqdan sonra Sarkisyan öz məmurlarına onu "ölü elan etməyi" tapşırıb: "Ermənistan rəhbərliyi mənim kimi şəxslərlə ancaq bir üsulla mübarizə aparır - qətl vasitəsilə!"

S.Caginyan onun Ermənistanda mülkiyyətinin əlindən alındığını, pasportunun müddətinin başa çatdığını və ölkə vətəndaşlığının olmadığını deyib.

Milli.Az



Tags:  Erməni fəal Serj Sarkisyan işğalçıdır xalqını soyur FOTO

RƏYLƏR


Top news