Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa ŞOKDA: “Gözlərimizin önündə bir dünya yıxılır”

Avropa ŞOKDA: “Gözlərimizin önündə bir dünya yıxılır”

Date: 9 November 2016 15:48

ABŞ-dakı prezident seçkilərində respublikaçı namizəd Donald Trampın qələbəsi Avropada şok effekti yaradıb.

Publika.az Fransanın ABŞ-dakı səfiri Gerard Araud “Brexit” və ABŞ-dakı seçkilərdən sonra artıq hər şey mümkün olduğunu deyib.

“Gözlərimizin önündə bir dünya yıxılır”, - deyə səfir seçkilərin nəticəsini qiymətləndirib.

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen seçkilərdən sonra şok yaşadıqlarını bildirib.

Avropadan ilk təbrik isə gözlənildiyi kimi Fransadakı immiqrant və Avropa İttifaqı əleyhdarı olan “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pendən gəlib. Le Pen Donald Trampa zəng edərək onu qələbə münasibətilə təbrik edib.

Ömər Dağlı


Tags:  Avropa ŞOKDA Gözlərimizin önündə dünya yıxılır

RƏYLƏR


Top news