Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm” - Erməni yazıçı

“Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm” - Erməni yazıçı

Date: 9 November 2016 16:19

"Mən ermənilərlə azərbaycanlıların münasibətlərinə dair kitab yazıram, tamamlamaq üzrəyəm. Kitab yaxın vaxtlarda dərc olunacaq".

 
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan bildirib. 
 
 
V. Avetyan deyib ki, bu kitabın təqdimatının Bakıda keçirilməsini nəzərdə tutub: "Bu kitabın satışından əldə ediləcək vəsait azərbaycanlı və erməni qaçqınlara yardıma sərf olunacaq".
 
 
Erməni yazıçı hər bir ölkə kimi beynəlxalq hüquqa əsasən Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb: "Mən normal şərait yaranan zaman Ermənistana qayıdaraq prezidentliyə namizədliyimi irəli sürmək niyyətindəyəm. Əgər növbəti prezident seçkilərində iştirak etməsəm, deməli, Serj Sarkisyan rejimi yaşayır".


Tags:  Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm Erməni yazıçı


RƏYLƏR


Top news