“Oyan Azərbaycan”da bu dəfə bu məşhurlar oldu və... - FOTO

“Oyan Azərbaycan”da bu dəfə bu məşhurlar oldu və... - FOTO
16:32 9 Noyabr 2016
261 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər TV-də "Oyan Azərbaycan" verilişində televiziya və radio işçilərinin peşə bayramı günündə studiyaya təşrif buyuran populyar və sevilən teleaparıcılar Nərgiz Cəlilova, Rafiq Həşimov, Şəhla Vakkas səmimi söhbətləri ilə olduqca xoş ortam yaratdılar. Müğənni Zamiq Hüseynovun seçmə popuriləri həm qonaqlarda həm nostalji duyğular oyatdı, həm də səhəri canlı ifa ilə bəzədi. Şənbə günü proqramda əsil fırtına qoparan müğənnilər Ceyhun Zeynalov (Cin), İlhamə Qasımova və Azad Şabanov xoş zarafatları, dinamik mahnıları ilə tamaşaçılara bolluca pozitiv impuls verdilər.

Cin dedi: "Bu yaxında "Payız" adlı yeni mahnım çıxır. Amma klipə söz vermirəm, çünki verəndə sözümü tuta bilmirəm, bir də görürsən alınmır". Aparıcı Firanın iynəli cavabı özünü gözlətmədi: "Cin, o zaman ancaq işlərinlə məşğul ol. Bəsdir oyan-bu yana baxdın. Ümumiyyətlə mən paxılam və səni heç kəslə paylaşa bilmirəm. Oturanda ancaq mənə bax".

İlhamə Qasımova da populyar reperə "Sənin yaradıcılığını çox bəyənirəm, Cin, bircə iradım olacaq ki, arıqla" məsləhətini verdi. Sənət planlarını bölüşən tanınmış reper Azad Şabanovla işbirliyinə dair aparıcının sualını belə cavablandırdı: "Gərək elə duet hasilə gətirək ki, şalvarda yamaq kimi görünməyək. Orada ikimizin də səs imkanları, imici yer alsın."

Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair araşdırma materialları və verilən "SOS" siqnalları umidvarıq ki, hədəfinə çatdı.

Lamiyə Əliyevanın "Ulduzlu açar" rubrikasında bu dəfə şəhərin müxtəlif yerlərində gizlədilmiş 3 açarı tapan fanatlarla Ədalət Şükürov görüşəcək.

Mənzillərinizdə üşüyürsünüz? Qonşunun ucbatından evdə istilik üzünə həsrət qalmısınız? "Qəbulumuzdur" rubrikasında studiyaya olan çoxsaylı zəngləri ""Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri xidmətlərinin rəisi Rafiq Əliyev cavablandırdı.

Maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair araşdırma materialları umidvarıq ki, hədəfinə çatdı.

Sabunçu rayon Məşğulluq İdarəsinin direktoru Akif Gülməmmədov rayon üzrə yeni iş yerlərini əhaliyə təqdim etdi. Bu arada qeyd edək ki, hər həftənin şənbə günü efirə bir rayonun məşğulluq xidmətinin rəhbəri gələrək, vakansiyalar haqda məlumat verir. İş axtaran seyrçilərin sadəcə canlı efir zamanı 404 3115 şəhər və (055) 699 4217 mobil nomrəsinə zəng vurmaları kifayətdir.

Qeyd edək ki, Trend.az, Day.az və Milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR