BAŞLANDI: Kaliforniya ABŞ-dan ayrılır

BAŞLANDI: Kaliforniya ABŞ-dan ayrılır
16:33 9 Noyabr 2016
197 Dünya
Ölkə mətbuatı
A- A+

Kaliforniya ştatının sakinləri ABŞ-ın tərkibindən çıxmaq üçün kampaniyaya başlamaq üçün çağırış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə səslənən çağırışlar Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi ilə bağlıdır.

Qeyd edilir ki, “Twitter”də “# Calexit” (Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün aparılan “Brexit” kampaniyasının analoqu –red.) heşteqi reytinq qazanmağa başlayıb. Kaliforniyalılar şəxsi dövlətin yaradılmasını dəstəkləyirlər.

“Twitter”in istifadəçilərindən biri isə zarafat edib ki, Avropa İttifaqında bir yer boşalıb.

Qeyd edək ki, Kaliforniyada keçirilən seçkilərdə demokratların namizədi Hillari Klinton qələbə qazanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR