Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu adada ancaq dovşanlar və insanlar yaşayır – FOTOLAR

Bu adada ancaq dovşanlar və insanlar yaşayır – FOTOLAR

Date: 9 November 2016 16:43

Yaponiyanın Okunosimo adası bir sıra maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yapon dənizinin ortasında yerləşən kiçik ada Takexara şəhəri yaxınlığındadır.

Adanın qeyri-adiliyi isə onun sakinləri ilə bağlıdır. Belə ki, burada ancaq dovşanlar və az sayda insanlar yaşayır. Bu səbəbdən də ona “Dovşanlar adası” deyirlər.

Adanın ərazisində dolaşan dovşanlar buradakı azsaylı insanlarla, habelə heyvanları görməyə hələn turistlərlə oynayır, onlara yaxınlaşaraq qida istəyirlər.

Qeyd edək ki, bir zamanlar adada balıqçılar yaşayıb. Lakin sonradan onlar buranı tərk ediblər.

O ki qaldı dovşanların adaya gətirilməsinə, bununla bağlı iki versiya var. Birinci versiyaya əsasən, onlar bura İkinci Dünya Müharibəsi illərində zəhərli qazların sınağı ilə əlaqədar gətiriliblər və müharibə başa çatdıqdan sonra çölə buraxılıblar.

İkinci versiyaya görə, dovşanlar bura 1971-ci ildə ekskursiyaya gələn məktəblilər tərəfindən gətirilib.

Dovşanlar vəhşi olsalar da, sakinlərlə və turistlərlə oynayırlar. Qeyd edək ki, haçaqulaqların burada yaşaması səbəbindən adaya it və pişiklə gəlmək qadağandır.

Daimi “sakin”lər adaya çox fayda verir. Təkcə bunu qeyd etmək kifayətdir ki, hər il dovşanlar adasını ziyarət etməyə 100 min turist gəlir. Həmin səbəbdən də burada otel, qolf meydanı var.

Anar Tağıyev
















Tags:  adada dovşanlar insanlar yaşayır FOTOLAR

RƏYLƏR


Top news