İsrail vətəndaşları Siyəzəndə qəzaya düşdü – VİDEO – FOTO

İsrail vətəndaşları Siyəzəndə qəzaya düşdü – VİDEO – FOTO
17:14 9 Noyabr 2016
110 Digər
Ölkə mətbuatı
A- A+

Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib. Lent.az ARB-yə istinadən xəbər verir ki, hadisə Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 78-ci km-də qeydə alınıb.

 

90-PE-096 dövlət nömrə nişanlı “GAC” markalı avtomaşın maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində avtomobildə olan sürücü, 41 yaşlı Aida Abbasova və İsrail vətəndaşı olan sərnişinlər 36 yaşlı Abdolimov Dolev Xivit Xava və 46 yaşlı Ester Mesil Torisovna müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

İlkin ehtimallara görə, hadisəyə səbəb kimi hava şəraitinin dumanlı olması göstərilir.

 

Hazırda faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR