Qacar şahzadəsi Babək Mirzə: "İstərdim ki, Türkiyə, Azərbaycan və İran Avropa modeli altında birlik olsun"

Qacar şahzadəsi Babək Mirzə: "İstərdim ki, Türkiyə, Azərbaycan və İran Avropa modeli altında birlik olsun"
17:19 9 Noyabr 2016
204 Digər
Ölkə mətbuatı
A- A+

Qacar şahzadəsi Babək Mirzənin APA TV-yə müsahibəsi

 

- Babək bəy, Azərbaycana ilk gəlişinizdir?

 

- Mən 1994-cü ildə Azərbaycana gəlmişdim. Bu, mənim ikinci gəlişimdir.

 

- Qacarlar Azərbaycan tarixində çox önəmli yer tutmuş isimdir. Qacarlarla həmişə fəxr etmişik. Sizin babalarınız, sizin nəsliniz həm çətin anlarda Azərbaycanda olublar, həm də sevincli anlarında olublar. İstərdim, özünüz haqda məlumat alaq. Açıq deyim, Azərbaycan saytlarını ələk-vələk etdim, amma elə bir şey tapa bilmədim. Yalnız bizim tarixçilərdən biri sizi Müzəffərəddin şahın nəvəsi kimi təqdim etmişdi. Sizin nəsil şəcərənizi soruşmaq istərdim.

 

- Mən Fətəli şahın nəvəsiyəm. Fətəli şah Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyimlə evlənib. Onun nəvələrindənik. Məhəmməd Vəli Mirzə, Cəfərqulu Mirzə, Abbas Mirzə, Ramazan Mirzə, sonra da mən.

  •  

- Sizin atanız Bakıda doğulub...

 

- Mənim atam 1922-ci il mayın 1-də Bakıda dünyaya gəlib. İran vətəndaşı olduğuna görə 1938-ci ildə bizim ailə NKVD tərəfindən məcburi şəkildə İrana göndərildi.

 

- Bəs necə oldu ki, Avropaya getdiniz?

 

- Biz Qacar nəslindənik. Pəhləvi İranında rahatlıq tapmadı. 1956-cı ildə cibində cəmi 100 ABŞ dolları ilə Qərbi Berlinə getdi. Mən də 1970-ci ildə Qərbi Berlində dünyaya gəlmişəm. Mənim xanımım da Berlində dünyaya gəlib.

 

- Leyla xanımı qiyabi tanıyırıq. Mətbuatda müsahibələrini oxuduq. Leyla xanım da türkdür. Gözəl ailəniz var. Deyəsən, bir qızınız var.

 

- Bir oğlumuz var, Soltan Abbas 25 yaşındadır və bir qızımız var, Fatimə Sürəyya, 18 yaşındadır.

 

- Almaniyada nə işlə məşğulsunuz?

 

- Almaniyada sərmayəçiyəm. Atamdan öyrəndiyim peşə budur. 6 ay Los Anceles, 6 ay da Berlində yaşayırıq.

 

- Sizin xəbərinizi biz mətbuatdan Türkiyə səfəri zamanı aldıq. İstanbula gəldiniz və müsahibələrinizdən bildik ki, Türkiyədə çox gözəl qarşılandınız. İkinci vətən dediniz Türkiyəyə. Türk, müsəlman dünyasında birliyi, mədəni əlaqələri necə görürsünüz?

 

- Təəssüf ki, birlik qalmayıb. Bir Qacar olaraq deyə bilərəm ki, bizim zamanımızda Azərbaycan bizim torpağımız idi. Biz çox istərdik ki, biz Qacarlar türk kökənli, oğuz kökündən gələn, İranda hökmdarlıq edən xanədan, Türkiyədə də özümüzü evimizdəki kimi hiss edək. Dövlətlər arasında müharibələrin olması təbiidir. Avropanı nümunə gətirək. I və II Dünya müharibələrindən sonra Avropada birlik yaranıb. Fransa, Almaniya, Polşa bir yerdədirlər. Bizim arzumuz budur ki, Türkiyə, İran və Azərbaycan da belə bir birlik yaratsınlar. Bu, hər üç ölkə üçün mənfəətli olar. Zatən mədəni mənada 90-95% bərabərliyimiz var, 5-10% fərqlər var. Nəyə görə az faizi vurğulayırıq, amma 90-95%-ə baxmırıq? Mənim xanımım türkiyəlidir. Mən İran vətəndaşı olaraq, xanımım da Türkiyə vətəndaşı olaraq Berlində doğulmuşuq. Amma mənim üçün İran da, Türkiyə də, Azərbaycan da vətənimdir. Ayrı-seçkilik etmirəm. İranda insanların çoxu türkcə başa düşür. Mənim böyük diləyimdir ki, Türkiyə, Azərbaycan və İran Avropa modeli altında birlik olsun. Bu, hamımız üçün mənfəətli olar.

 

- Qacarlar Azərbaycan tarixində önəmli rol oynamış nəsildir. Qərinələrlə Qacariyyə imperiyası olub. Babalarınız hökmranlıq ediblər. Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə kimi ziyalılar XIX əsrin sonu-XX əsrin əvvəllərində Qacarların şahlarını çox tənqid edərdilər ki, dövləti idarə etməyi bacarmırlar. Hansı Qacar şahını gözəl şah hesab edirsiniz?  

 

- Tarix boyu hər dönəmdə padşahlıq edənlərin yaxşı və pis tərəfləri olub. Bizim Qacar xanədanında da belə olub. Qacar xanədanının çox mədəni təsiri olduğu kimi, bugünkü insanların ağlına gəlməyən şeylər yaşanırdı. Məsələn, Ağa Məhəmməd xan demişdi ki, milləti təhsilsiz saxlamaq lazımdır ki, daha rahat idarə edilsin. Bunu ilk Qacar padşahı deyib. Amma bu, o dönəmdə bütün dünyada rast gəlinən bir şey idi. Özəlliklə Nəsrəddin və Müzəffərəddin şahın zamanında mədəniyyət, sənət dəstəklənirdi. Mədəniyyət çox inkişaf etmişdi. Bir padşahın yaxşı tərəfi də olar, pis tərəfi də. Xətasız qul olmaz.

 

- 1925-ci ildə Qacarlar devriliblər. Necə düşünürsünüz, həmin imperiya artıq çökmüşdü, yoxsa padşahların günahı ucbatından devrildi?

 

- Qacarların dönəmində İran bütün İslam ölkələrindən, hətta Azərbaycandan da əvvəl Konstitusiya və hətta Məclis yaratmışdı. Azərbaycan türk dünyasında ilk cümhuriyyət idi, amma İran ondan daha öncə İslam dünyasında ilk dövlət olub. Bu, müasirləşməni başlatmışdı. Rza şah hərbi çevrilişlə demokratik dövləti devirdi, diktatorluq gətirdi. Rza şahın zamanında bir çox modernləşmələr oldu. Rza şah gəlməsə idi, Qacarların dönəmində də modernləşmə olacaqdı, bunun təməli atılmışdı. Bu modernləşmə Rza şahın dönəminə təsadüf etdiyinə görə hamı ondan bilir. Amma belə deyim, tarix həmişə tarixdir. Biz gərək hər zaman əcdadımıza sahib çıxaq. Ölmüş adamın arxasınca da danışmayaq. Bəyənsək də, bəyənməsək də. Çünki biz müsəlmanıq. Bizim həyat tərzimiz var. Yaşayış ədəbini itirməməliyik. Əlbəttə, Rza şah bizim xanədan idi, iqtidardan qaldırılıbdır, amma o da rəhmətə gedib. Onun da dönəmi gəldi, keçdi, səltənəti sona çatdı. Biz bunları tarix kimi görməliyik. Heç bir dəyərləndirmə etməyək. Bu, çox önəmlidir. Tarixdə çox arxaya baxsaq, irəlini görə bilmərik. İrəliyə baxmağa məcburuq. Arxadakı kitabları bağlayaq, yeni kitabın səhifəsini açaq. Arzum budur ki, bir səbəblə biz Qacarlar tarixə bir addım atarıq, İran-Türkiyə-Azərbaycan üçlüyünə köməyimiz olar. Çünki biz İranda hökmdarlıq etmişik, İranda qəbul edilirik. Azərbaycanda da qəbul edilirik. Oğuz boyundan gəldiyimizə görə türklər də bizi qəbul edir. Düşünürəm ki, biz Qacarlar bunu gerçəkləşdirə bilərik. Bizdən başqa 3 dövlətdə qəbul olunan xanədan tanımıram.

 

- Çox iddialı məsələdir. Bu gün digər Qacarlarla əlaqələriniz varmı?

 

- Ən yaxın qohumlarla əlaqəmiz var. Amma biz çox ölkələrdə yaşadığımıza, xanədan da böyük olduğuna görə zamanla izlərimiz silinib. Fransa, İtaliya, İngiltərə, Almaniya, Rusiya, Türkiyəyə dağıldığımıza görə. Amma bunu demək istəyirəm ki, arxaya baxmağı buraxıb, irəliyə baxmalı, yeni kitab açıb, tarixə təsirimizi göstərməliyik.

 

- Sizin bu səfəriniz daha çox mədəni dəyər daşıyır. Mədəniyyət sahəsində 3 ölkəni birləşdirmək istəyindən doğur. Qacarların yeni rolunu nədə görürsünüz?

  

- 3 milləti bir dam altında toplamağı, quş kimi qanadlarımızın altına almağı düşünürəm ki, Qacarlar bacarar. Siyasət siyasətçilərin işidir. Amma biz bir dövlətin damı ola bilərik. Görürəm ki, İranda da, Türkiyədə də, Azərbaycanda da qəbul olunuruq. İnşallah, siyasətçilər də bu küləklə gedib yeni, şanlı, Sultan Süleyman Qanuni dediyi kimi, möhtəşəm yüz ilə yolları düzəldərlər. Çünki sülhsevər millətik. Humanizmlə irəliləmək istəyirik. Biz XXI yüzillikdə yaşayırıq. Biz dünyanın yeni işığı olmaq istəyirik.

 

- Özünüzü Qacarlardan daha çox kimə bənzədirsiniz? Aynaya baxanda “mən filan babama bənzəyirəm” və yaxud filan şaha bənzəyirəm demək yəqin uşaqlığınızda da olub...

 

- Olub. Mən özümü atama bənzədirəm. Atam məndən 48 yaş böyük idi. Qonaqlıqlarda atamın yanından ayrılmazdım. Ən böyük təsiri də ondan görmüşəm.

 

- Bu gün övladlarınız sizin kimi rahat türkcə danışa bilirlərmi?

 

- Ana dilinin öyrənilməsi vacibdir. İlk öyrətdiyimiz dil türkcə idi. Türkcə, farsca, Azərbaycan dili çox önəmlidir. Uşaqlarımıza da öyrətmişik. Almaniyada, ABŞ-da yaşayırıq deyə, zatən o dilləri öyrənəcəkdilər. Amma ana dilini öyrənməmək sonradan çətinlik ola bilər. Biz buna çox önəm verdik. Şükür Allaha, başarılı olduq.

 

- Azərbaycanla bağlı hansısa şeir, deyim varmı ki, sizin ürəyinizi tərpədir?

 

- Atama oxşamadığım yeganə məsələ şeir deməklə bağlıdır. O, Azərbaycan şeirlərini əzbər bilirdi. Amma mən heç cür öyrənə bilmədim.

 

- Neçə gün buradasınız, inşallah?

 

- Gözlədiyimdən daha gözəl gördüm Bakını. Böyük dövlətin paytaxtı ola bilər. Qərb şəhəridir, təmizdir, Şərq şəhərinə bənzəmir. Avropada, Londonda, amma daha gözəl Londonda hiss edirəm özümü. Parisdən daha gözəldir. Hər yerə getmişəm. Bura umduğumdan daha gözəl gördüm. İnşallah, burada ev almağı və yaşamağı düşünürəm.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08

Dövlət Departamenti: ABŞ qoşunları İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

19 Avqust 2017 00:02

Portuqaliyada fövqəladə vəziyyət elan edildi

19 Avqust 2017 00:02

Neftimiz cüzi ucuzlaşıb

18 Avqust 2017 23:52

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP: Yay mövsümündə tikinti işləri aparılmır

18 Avqust 2017 23:48

Bakıda İNANILMAZ OLAY: sərnişin avtobus sürücüsünün üstünə tapança çəkdi - GÖRÜNTÜLƏR

18 Avqust 2017 23:39

Yaponiya və Çin arasında gərginlik -

18 Avqust 2017 23:38

“İphone 7” smartfonu LİDERDİR

18 Avqust 2017 23:33

"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

18 Avqust 2017 23:19

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO

18 Avqust 2017 23:18

Barselonada terror aktında şübhəli bilinən 3-cü şəxs Kambrilsdə zərərsizləşdirilib

18 Avqust 2017 23:17

"Tottenhem" ən bahalı transferini etdi

18 Avqust 2017 23:14

Livan ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb

18 Avqust 2017 23:12

Açıq-saçıq geyimləri ilə seçilən əfqan müğənni konsert anonsu verdi - ÖLÜMLƏ HƏDƏLƏNDİ

18 Avqust 2017 23:03

"WhatsApp"da super funksiya gəlir-

18 Avqust 2017 23:00

Türkiyədə zəlzələ

18 Avqust 2017 22:49

ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri İSTEFA VERDİ

18 Avqust 2017 22:48

Bodrumda ardıcıl 2 zəlzələ olub

18 Avqust 2017 22:40

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"yə ilk xalı qazandırıb

18 Avqust 2017 22:37

Ərdoğan türkləri Merkelin əleyhinə səs verməyə çağırdı

18 Avqust 2017 22:33

Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək? - VİDEO

18 Avqust 2017 22:18

Eyni mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan tikinti şirkətinin rəhbərləri -

18 Avqust 2017 22:15

Millimiz San Marino ilə Olimpiya stadionunda oynamayacaq - MƏKAN DƏYİŞDİ

18 Avqust 2017 22:03

Trampın müşaviri istefa verdi

18 Avqust 2017 21:59

Müğənninin videosu başına bəla oldu -

18 Avqust 2017 21:50

Tələbələr kirayə ev tapa bilirmi? - MÜNASİB OLMAYAN QİYMƏTLƏR - VİDEO

18 Avqust 2017 21:48

Bakıda restoranda yanğın oldu

18 Avqust 2017 21:44

İspaniyadakı teraktlarda ölənlərin sayı artdı

18 Avqust 2017 21:39

Kirayə evlərin qiyməti BAHALAŞACAQ

18 Avqust 2017 21:36

Sərnişin avtobus sürücüsünə tapança çıxardı – BAKIDA ŞOK - VİDEO

18 Avqust 2017 21:33

Türkiyədə zəlzələ olub

18 Avqust 2017 21:32

Gəncə sakini müəmmalı şəkildə xəsarət aldı

18 Avqust 2017 21:29

Bu əraziyə xanımların girişi qadağandır -

18 Avqust 2017 21:20

Barselona terrorunu törədən şəxs ÖLDÜRÜLDÜ

18 Avqust 2017 21:18

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı

18 Avqust 2017 21:17

Barselonada baş vermiş terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb

18 Avqust 2017 21:12

Amerika hökumətinin insanlar üzərində apardığı DƏHŞƏTLİ SINAQLAR

18 Avqust 2017 21:03

Salyanda qonşu qonşunu bıçaqlayıb

18 Avqust 2017 21:02

Maşını piyadaların üstünə sürən terrorçu öldürüldü

18 Avqust 2017 20:59

Ayaqlarının yanına ildırım düşdü -

18 Avqust 2017 20:58

"Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib

18 Avqust 2017 20:52

5 yaşlı Zeynəbin anasından ürək parçalayan sözlər: "Su deyə-deyə, suya həsrət öldü balam" - REPORTAJ

18 Avqust 2017 20:49

Təranə onu qızılgüllərə qərq edən sevgilisinə belə təşəkkür etdi - FOTO

18 Avqust 2017 20:48

Finlandiyada bıçaqlı hücum: 2 ölü, 8 yaralı

18 Avqust 2017 20:44

Tanınmış aparıcı yolun ortasında soyundu – VİDEO

18 Avqust 2017 20:38

BƏXTSİZ TURİST: hər səfərində terror aktını yaşadı

18 Avqust 2017 20:28

"Kopenhagen" - "Qarabağ" oyununda anşlaq

18 Avqust 2017 20:28

Hər kəs vegetarian olsa, dünya necə olardı?

18 Avqust 2017 20:13

"Apple" yol qəzalarının qarşısını alacaq yeni layihə hazırlayıb

18 Avqust 2017 20:07

Moskvanın Qarabağ PLANI, gizli danışıqların DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

18 Avqust 2017 20:03