Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni yazıçı: "Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm"

Erməni yazıçı: "Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm"

Date: 9 November 2016 17:32

Mən ermənilərlə azərbaycanlıların münasibətlərinə dair kitab yazıram, tamamlamaq üzrəyəm. Kitab yaxın vaxtlarda dərc olunacaq.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan bildirib.  
 
V. Avetyan deyib ki, bu kitabın təqdimatının Bakıda keçirilməsini nəzərdə tutub: "Bu kitabın satışından əldə ediləcək vəsait azərbaycanlı və erməni qaçqınlara yardıma sərf olunacaq". 
 
Erməni yazıçı hər bir ölkə kimi beynəlxalq hüquqa əsasən, Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb: "Mən normal şərait yaranan zaman Ermənistana qayıdaraq prezidentliyə namizədliyimi irəli sürmək niyyətindəyəm. Əgər növbəti prezident seçkilərində iştirak etməsəm, deməli, Serj Sarkisyan rejimi yaşayır".

Milli.Az


Tags:  Erməni yazıçı Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm

RƏYLƏR


Top news