Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu şifrələrdən istifadə etməyin!

Bu şifrələrdən istifadə etməyin!

Date: 9 November 2016 17:33

Şəxsi hesabınızın bir anda ələ keçirilməsini istəmirsinizsə, şifrə seçərkən diqqətli olmalısınız.

Publika.az xəbər verir ki, dəfələrlə etibarlı şifrələrdən istifadə ilə bağlı xəbərdarlığa baxmayaraq, insanlar hələ də pis vərdişlərindən çəkinmir.

Lancester Universitetinin müəllimi Jeff Yan tərəfindən etibarsız parolların siyahısı hazırlanıb. Siyahı bir neçə ay əvvəl “Yahoo”dan sızan məlumatlar əsasında müəyyən edilib. Siyahıda ilk yerdə heç də təəccübləndirməyən “123456”, “password” şifrələri yer alır. İlk onluqdakı şifrələr: “welcome”, “ninja”,” abc123”, “12345678”, ”sunshine”,”princess”, “qwerty”dir.

J.Yan insanların niyə hələ də, bu şifrələrdən istifadə etməsinə aydınlıq gətirib. Onun fikrincə, bunun əsas səbəbi insanların risklərdən xəbərsiz olmaları, ya da riskləri dəyərləndirə bilməmələridir.

Digər məqam isə bu şifrələrin daha asan yazılmasıdır. Adətən, bu parollar bir neçə hesab üçün istifadə edilir. Bu da hakerlərin işini asanlaşdırır. Normalda isə hər bir hesaba fərqli şifrələr istifadə edilməlidir.

Gülxar


Tags:  şifrələrdən istifadə etməyin


RƏYLƏR


Top news