Ermənistanda Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayan insanlar çoxdur.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan bildirib.
S.Çaqinyan deyib ki, əgər Serj Sarkisyan və Robert Köçəryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq: "Haaqa tribunalı da onlar üçün azdır".
Hüquq müdafiəçisi Ermənistana qayıdacağını da vurğulayıb: "Ermənistan mənim vətənimdir, işğalçılarla mübarizə aparmaq üçün mütləq Ermənistana qayıdacağam".
Milli.Az