Favoritin “öldüyü” gün, Avropada ŞOK EFFEKT... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Favoritin “öldüyü” gün, Avropada ŞOK EFFEKT... – GÜNÜN SİYASİ XÜLASƏSİ
17:58 9 Noyabr 2016
222 Ölkə
Ölkə mətbuatı
A- A+

Favoritlər hər zaman qalib gəlmir. ABŞ-da keçirilən prezident seçkilərdə ölkə tarixinin sürprizlərindən biri reallaşdı. Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını növbəti dəfə bəyan etdi. Ukrayna Nazirlər Kabineti Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasını qəbul etdi.

Rusiya XİN: "Dağlıq Qarabağı dövlət kimi tanımırıq"

“Rusiya, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri, habelə Ermənistan da daxil olmaqla, digər ölkələr Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Hesab edirik ki, Dağlıq Qarabağın statusu danışıqlarda müəyyən olunmalıdır. Bununla əlaqədar hazırda onun yeni adlandırılmasının ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə təsir etməyəcək", - deyə M. Zaxarova Dağlıq Qarabağ separatçılarının qondarma qurumun adını dəyişdirmək niyyətinə münasibət bildirərkən söyləyib.

Rusiya XİN sözçüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin Hamburqda ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşündə müzakirə olunub-olunmayacağına da aydınlıq gətirib: "Həmsədrlikdə olan tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinə bu vaxtadək razılaşdırılmış məsələlər əsasında vasitəçilik yardımı göstərməkdə davam edirik, bu baxımdan noyabrın 10-da Vyanda ATƏT daimi şurasında, eləcə də Minsk qrupunun iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə baxılacaq. İnanırıq ki, bu iş ATƏT XİN başçılarının Hamburqda dekabrın 8-9-da keçirilək iclasında da davam etdiriləcək".

ABŞ-da prezident seçkiləri

Dünyanın ən güclü ölkəsini ən azından 4 il idarə edəcək şəxsin kimliyinə aydınlıq gəldi. Bu, Seçicilər Kollegiyasının 279 səsini qazanan (prezident seçilməsi üçün 270 səs kifayət edirdi –red.) Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Trampdır.

Trampın ABŞ-ın 45-ci prezidenti olmaq hüququnu qazanması sürpriz hesab edildi. Çünki, həm sorğulara, həm də bukmeker kontorlarına görə, seçkilərin favoriti Demokratlar Partiyasının namizədi, keçmiş dövlət katibi Hillari Klinton hesab edilirdi.

ABŞ prezidentini seçir: Klinton favorit, Tramp sürpriz

Bu gün dünyanın ən güclü dövləti – ABŞ-ı ən azından dörd il idarə edəcək yeni şəxsin kimliyinə aydınlıq gələcək.

Favorit Hillari Klinton da sürprizlə razılaşaraq Donald Trampa zəng vurub. Məğlubiyyətini qəbul edən xanım Klinton milyarderi təbrik edib.

Qələbə nitqi ilə çıxış edən Tramp çıxışının əvvəlində “Bütün Amerikanın prezidenti olacağam” deyib. Tramp bildirib ki, ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, dostluq axtaracaq, ABŞ-la yaxşı münasibətlər qurmaq istəyən bütün ölkələrlə yaxşı münasibətlər quracaqlar.

Hillari Klinton məğlubiyyəti qəbul etsə də, onun tərəfdarları məğlubiyyəti həzm edə bilmir. Trampın qələbə qazandığı dəqiqləşəndən sonra ABŞ-da kütləvi etiraz aksiyaları başlanıb.

Etiraz aksiyaları Nyu-York, Vaşinqton, Oklend, Portlend və başqa şəhərlərdə keçirilir. Vaşinqtonda Ağ Evin yanında minlərlə etirazçı toplanıb. Oklenddə insanlar “Oakland Tribune” qəzetinin redaksiyasının yerləşdiyi binanın pəncərələrinin sındırıb. Şəhərin küçələrində avtomobil şinləri yandırılıb.

Nyu-Yorkda isə Donald Tramp və Hillari Klintonun tərəfdarları arasında qarşıdurma baş verib.

BAŞLANDI: Kaliforniya ABŞ-dan ayrılır

Məğlubiyyəti həzm edə bilməyən Kaliforniya ştatının sakinlərisə ABŞ-ın tərkibindən çıxmaq üçün kampaniyaya başlamaq üçün çağırış edib. Sosial şəbəkələrdə səslənən çağırışlar Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi ilə bağlıdır.

Qeyd edilir ki, “Twitter”də “# Calexit” (Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün aparılan “Brexit” kampaniyasının analoqu –red.) heşteqi reytinq qazanmağa başlayıb. Kaliforniyalılar şəxsi dövlətin yaradılmasını dəstəkləyirlər. “Twitter”in istifadəçilərindən biri isə zarafat edib ki, Avropa İttifaqında bir yer boşalıb.

Qeyd edək ki, Kaliforniyada keçirilən seçkilərdə demokratların namizədi Hillari Klinton qələbə qazanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb. Trampı ilk təbrik edənlərdən biri isə gözlənildiyi kimi, Rusiya lideri Vladimir Putin olub.

Yeri gəlmişkən, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Vladimir Putin seçkilərinə müvəffəqiyyətlə müdaxilə etdiyini bildirib. “Putin bizim seçkilərimizə müdaxilə etdi və müvəffəqiyyət qazandı. Afərin!”, - deyə diplomat “Twitter”də yazıb.

ABŞ xüsusi xidmət orqanları dəfələrlə bildirib ki, Rusiya Trampın namizədliyini dəstəkləyir. Vladimir Putin isə cavabında qeyd edib ki, bu iddialar ictimai rəyə təsir etmək və manipulyasiya üsuludur. Putin həmçinin deyib ki, Moskva Amerika xalqının seçəcəyi istənilən prezidentlə işləyəcək.

Türkiyənin Baş naziri Binəli Yıldırım isə fürsətdən istifadə edib. Donald Trampı təbrik edən baş nazir Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin ekstradisiya olunmasına kömək etməyə çağırıb.

Onun sözlərinə görə, F.Gülən və onun hərəkatı Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir göstərir: "Mən əminəm ki, əgər ABŞ qısa müddətdə Güləni ekstradisiya etsə, münasibətlərdə yeni səhifə açılacaq".

ABŞ-dakı prezident seçkilərində respublikaçı namizəd Donald Trampın qələbəsi Avropada şok effekti yaradıb. Fransanın ABŞ-dakı səfiri Gerard Araud “Brexit” və ABŞ-dakı seçkilərdən sonra artıq hər şeyin mümkün olduğunu deyib.

“Gözlərimizin önündə bir dünya yıxılır”, - deyə səfir seçkilərin nəticəsini qiymətləndirib.

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen seçkilərdən sonra şok yaşadıqlarını bildirib. Avropadan ilk təbrik isə gözlənildiyi kimi Fransadakı immiqrant və Avropa İttifaqı əleyhdarı olan “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pendən gəlib.

Putinlə görüş, Ukraynanin bölünməsi, Əsədin legitimliyi – Tramp üçün PROQNOZLAR

Trampın ABŞ prezidentliyi dövründə baş verə biləcək hadisələrlə bağlı proqnozlar artıq səslənməyə başlanıb. Publisist, ictimai xadim və Litvinenko Fondunun başçısı Aleksandr Qoldfarb ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin geosiyasətə necə təsir edəcəyinə dair fikirlərini bildirib.

35 ildən çox ABŞ-da yaşayan Qoldfarb Ukraynanın “QORDON” nəşri üçün yazdığı məqaləsində geosiyasət, iqtisadiyyat və sosial sferada aşağıdakı hadisələrin baş verə biləcəyini proqnozlaşdırıb. Lakin proqnozlar heç də yaxşı deyil.

Putinlə görüş, Ukraynanin bölünməsi, Əsədin legitimliyi – Tramp üçün PROQNOZLAR

Publisist, ictimai xadim və Litvinenko Fondunun başçısı Aleksandr Qoldfarb ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin geosiyasətə necə təsir edəcəyinə dair fikirlərini bildirib.

“Yaponiyanın Vanqa” Trampın prezident seçiləcəyini hələ iyulda proqnozlaşdırmışdı. “Mikediva” adlı sosial istafadəçisi Donald Trampla bağlı bir video hazırlayıb. Lakin video Trampın prezident seçkilərində qalib gəlməsindən sonra məşhurlaşıb.

Belə ki, Mike adlı yaponiyalı oğlan hazırladığı videoda Donald Trampın hər kəs tərəfindən sevilərək dünyanın prezidenti seçilməsindən məsindən danışılır. Getdikcə baxış sayı artan video 7 milyona yaxın insan tərəfindən izlənilib.

Yaponiyanın Vanqasından Tramp PROQNOZU - VİDEO

Bu ilin iyulunda “Mikediva” adlı sosial istafadəçisi Donald Trampla bağlı bir video hazırlayıb.

Sən demə, Trampın prezident olacağını hələ 16 il əvvəl proqnozlaşdırmışdılar. Dünyaca məşhur "Simpsons" multiplikasiya serialında 2000-ci ildəki seriyalardan birində milyarder Donald Trampa çox bənzəyən personaj göstərilmişdi. Həmin personaj ABŞ prezidentliyinə namizəd idi.

İndi həmin öncəgörmə tam reallaşıb. "Simpons" serialının həmin seriyasını Facebook-dakı "Awareness Act" səhifəsi paylaşıb.

Trampın qələbəsini hələ 16 il əvvəl demişdilər - VİDEO

Dünyaca məşhur "Simpsons" multiplikasiya serialında 2000-ci ildəki seriyalardan birində milyarder Donald Trampa çox bənzəyən personaj göstərilmişdi.

Saakaşvilinin istefası qəbul edildi

ABŞ-dakı prezident seçkiləri dünyanın gündəmində bir nömrəli mövzu olsa da, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verməsi gündəmdə yerini qoruyub saxlayıb.

Bu gün Ukraynanın Nazirlər Kabineti Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasını qəbul edib.

Xatırladaq ki, Mixail Saakaşvili noyabrın 7-də istefa verib. Saakaşvili 2015-ci il mayın 30-da bu vəzifəyə təyin edilmişdi.

Saakaşvili Odessada keçirdiyi mətbuat konfransında deyib ki, istefa qərarı hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədardır. O, bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir. Ukrayna prezidenti Saakaşvilinin istefasını siyasi ambisiyalarla bağlayıb.

Siyasətçi həmçinin bildirib ki, hələ 6 ay əvvəl istefa vermək istəyirdi, amma Poroşenko onu islahatlar keçirəcəyinə dair vəd verərək qalmaq üçün inandırıb: “Sadəcə olaraq bu dəfə mən vədlərə inanmağa meylli deyildim”.

Ukrayna siyasətçisi olduğunu deyən Saakaşvili qələbə qazanacağını, Gürcüstanda və Ukraynada məğlubiyyətlərə dözməyəcəyini qeyd edib.

Saakaşvilidən Poroşenkoya sərt cavab: “Məğlubiyyətlərə...”

Siyasətçi həmçinin bildirib ki, hələ 6 ay əvvəl istefa vermək istəyirdi.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriya lideri Bəşər Əsədlə bağlı rəmsi Moskva ilə danışıqlar aparıldığını açıqlayıb.

Nazir iki ölkə arasında fikir ayrılığı olduğunu da deyib: “Əsəd mövzusunda Rusiya ilə fikir ayrılıqları olsa da, dialoqumuz davam edir”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR