Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüşəcək.
Milli.Az-ın qaqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə prezidentin sözçüsü İbrahim Kalın canlı yayımda çıxışı zamanı bildirib.
"Cənab Trampı təbrik edirik. Çox çətin bir kampaniyadan sonra ABŞ-ın 45-ci prezidenti seçildi. Təbii ki, Amerika xalqının seçiminə hörmətimiz var", - İ.Kalın söyləyib.
O, həmçinin qeyd edib ki, R.T.Ərdoğan ABŞ-ın yeni prezidentini telefonla zəng edərək təbrik edib və tərəflər yanvar-fevral aylarında görüşməyi planlaşdırıb.
Milli.Az