Azərbaycan konsulu Batumidə universitet rektoru ilə görüşüb

Azərbaycan konsulu Batumidə universitet rektoru ilə görüşüb
19:44 9 Noyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılovun  Şota Rustaveli  Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi ilə görüşü keçirilib. Lent.az-ın məlumatına görə, universitetin rektoru, professor Merab Xalvaşi universitetin yaranması, fəaliyyəti, mütəxəssis hazırlığı barədə məlumat verib. Səmimi qəbula görə rektor Merab Xalvaşiyə təşəkkür edən baş konsul Batumi Dövlət Universitetinin Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu söyləyib. Universitet ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu deyən diplomat Azərbaycan universitetləri ilə tələbə mübadiləsinin hər iki tərəfə verəcəyi üstünlüklərdən söz açıb. Baş konsul, Batumi Dövlət Universitetində ümummilli liderin adını daşıyan “Heydər Əliyev -Azərbaycanşünaslıq Mərkəzi” –nin,“Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyasının  o cümlədən, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Batumi Dövlət Universiteti arasında anlaşma memorandumunun dərinləşən dostluğun və təhsil əlaqələrin gözəl nümunəsi olduğu qeyd edib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR