Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: Tramp Azərbaycan-ABŞ əməkdaşlığına önəm verəcək

Deputat: Tramp Azərbaycan-ABŞ əməkdaşlığına önəm verəcək

Date: 9 November 2016 20:03

Donald Trampın ABŞ prezidenti seçilməsi təkcə Amerika üçün deyil, Türkiyə, o cümlədən Azərbaycan üçün də faydalı olacaq. Bunu Trend-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, yeni prezidentin Azərbaycan-ABŞ əməkdaşlığına daha böyük önəm verəcəyi ümid edilir: "Bir çox məsələlərdə Azərbaycan Amerika ilə strateji müttəfiqdir. Terrora qarşı mübarizədə Azərbaycan hər zaman dəstək verib. NATO-nun sülhməramlı qüvvələrində Azərbaycan iştirak edir".

M.İbrahimqızı qeyd edib ki, yeni prezidentin münaqişələrin həllində fəallıq göstərəcəyinə də ümid edir.


Tags:  Deputat Tramp Azərbaycan-ABŞ əməkdaşlığına önəm verəcək

RƏYLƏR


Top news