Afrika qitəsindəki çat yeni okean yaranmasına səbəb olacaq

Afrika qitəsindəki çat yeni okean yaranmasına səbəb olacaq
20:43 9 Noyabr 2016
238 Ölkə
Ölkə mətbuatı
A- A+

Afrika qitəsində 11 il bundan əvvəl baş vermiş zəlzələ nəticəsində əmələ gələn çat yeni okeanın yaranmasına səbəb ola bilər.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatçıların apardığı araşdırmaların nəticələrinə əsasən, Efiopiyanın şimalındakı Afar səhrasında 2005-ci ildə baş vermiş zəlzələ zamanı meydana çıxan çat okeanın dibindəki yer hərəkətləri ilə düz mütənasibdir.

Alimlər həmin vaxtdan etibarən seysmik məlumatları izləyərək belə qənaətə gəliblər ki, çat gələcəkdə yeni okeanın əmələ gəlməsinə zəmin yaradacaq. Efiopiyanın şərq hissəsinin Afrika qitəsindən qopacağı, açılacaq boşluğu dəniz suyunun doldurması nəzərdə tutulur. Lakin yeni okeanın yaranması üçün milyardlarla il lazım olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/175340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR