Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik küçədə yatan uşağı himayəsinə götürdü - FOTO

Nazirlik küçədə yatan uşağı himayəsinə götürdü - FOTO

Date: 9 November 2016 20:52

Türkiyədə gecə yol kənarında yatan suriyalı uşağın görüntüləri hər kəsin, hətta müvafiq dövlət orqanlarının da diqqətini cəlb edib.

Milli.Az publika.az-a istinadən bildirir ki, Şükrü Hatun tərəfindən hələ noyabrın 1-də sosial şəbəkələrdə paylaşılmış fotoda qaçqın uşağın yol kənarında yatdığı əks olunub.

Qeyd etdiyimiz kimi foto çoxlarının diqqətini cəlb edib və müzakirələrə səbəb olub. Azyaşlının fotosunu paylaşmış şəxs Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin işə qarışdığını, uşağa yardım üçün hazır olduqlarını bildirib. Azyaşlı bundan sonra dövlət orqanının himayəsinə götürülüb.

Milli.Az





Tags:  Nazirlik küçədə yatan uşağı himayəsinə götürdü FOTO

RƏYLƏR


Top news