Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu ölkədə bütün futbol yarışları dayandırıldı

Bu ölkədə bütün futbol yarışları dayandırıldı

Date: 9 November 2016 22:54

Yunanıstanda bütün futbol yarışları dayandırılıb.

 

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.

 

Buna səbəb yerli Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması olub. YFF hadisədən sonra ölkədə bütün futbol yarışlarının müddətsiz dayandırıldığını açıqlayıb.

 

Yunanıstanın “Panatinaikos”, “Olimpiakos” və PAOK kimi böyük klubları federasiyanın bu qərarına dəstək veriblər.

 

Yunanıstanda bu, ilk belə hal deyil. Ötən mövsüm də analoji vəziyyət yaşanmış və PAOK-la “Olimpiakos” arasındakı matçda baş vermiş iğtişaşdan sonra ölkə kuboku uğrunda oyunlar dayandırılmışdı.

 

Qeyd edək ki, PAOK Avropa Liqaısnda “Qarabağ”la birgə J qrupunda mübarizə aparır.


Tags:  ölkədə bütün futbol yarışları dayandırıldı


RƏYLƏR


Top news